Khan Academy Kids 2-8 yaş arası uşaqlara riyaziyyat,oxuma və yazma öyrətməyi, uşaqların sosial-duyğusal inkişafını dəstəkləməyi hədəfləyən pulsuz təhsil yönümlü tətbiqdir. Bağça və məktəbəqədər hazırlıq uşaqları üçün çoxlu sayda fəaliyyətləri olan bu proqram hal-hazırda yalnız ingilis dilindədir.
Tətbiqi mobil cihazınıza yükləyərək uşağınıza hərfləri, rəqəmləri, şəkilləri, rəngləri və sosial bacarıqları öyrədəcək əyləncəli oyunları tapa bilərsiniz. Uşağınıza şəxsi inkişafında rəhbərlik edərək düşünməyi, öyrənməyi və yaradıcılığı inkişaf etdirən rəngli Khan Academy Kids heyvan xarakterləri ilə tanış olun.
Khan Academy Kids tətbiqini istifadə etmək üçün aşağıda qeyd olunan mərhələləri izləyin:
- Tətbiqi istifadə etmək üçün valideynlərin internetə çıxışı olan mobil telefon və ya planşeti və e-poçt ünvanı olmalıdır. Tətbiq silinsə və ya mobil cihaz dəyişdirilsə belə, istifadəçi e-poçt ünvanı vasitəsilə hesabına daxil olaraq öyrənmə prosesinə davam edə bilər. Tətbiqdəki bütün öyrədici məlumatları əldə etmək üçün isə internet bağlantısının olması vacibdir.
- Pulsuz Khan Academy Kids tətbiqini mobil telefon və ya planşetinizə yükləyin. Khan Academy Kids tətbiqini iTunes, Google Play və ya Amazon App Stores-dan yükləyə bilərsiniz.
- Khan Academy Kids tətbiqini cihazınızda açın.
- Qeydiyyatdan keçmək üçün (Sign Up) bölməsinə daxil olun.
- E-poçt ünvanınızı daxil edin və sonrakı (Next) düyməsinə basın.
- welcome@khanacademykids.org sizə təsdiq məktubu göndərəcək.
- welcome@khanacademykids.org-dan gələn məktubu açın və göy rəngdə olan “e-poçt ünvanını təsdiqlə” (verify email) bölməsinin üzərinə basın.
- Tətbiqə geri dönün və Sonrakı (Next) bölməsinə daxil olaraq istifadəçi hesabı yaradın.
- Uşağınızın adını, yaşını və avatarını qeyd etdikdən sonra tətbiq istifadəyə hazır olacaq!
Öyrənmə Yoluna başlamaq üçün yaşıl düyməni basın
Fərdiləşdirilmiş öyrənmə səyahətinə başlamaq üçün Ana səhifədəki böyük yaşıl oxun üzərinə basın. Yardım üçün hər zaman hazır olan rəhbər xarakterimiz Kodiyə qulaq asın və öyrənin. Uşaqlar Kodinin üzərinə basaraq tapşırıq təlimatlarını təkrar dinləyə bilər.
Öyrənmə Yolu uşağın irəliləməsinə uyğun şəkildə proqlamlaşdırılıb və müxtəlif dərs seçimləri təklif edir. Hər bir dərs qrupu uşağın yaşına uyğun müəyyənləşdirilib və uşağın səviyyəsindən asılı olaraq 5-20 dəqiqəlik intervallara bölünmüşdür.
Kitabxanaya daxil olmaq üçün bənövşəyi düyməni basın
Uşaqlar Kitabxana vasitəsilə minlərlə kitab, video və tapşırıqlara baxa bilər. Ana səhifənin sol tərəfində üstdəki bənövşəyi kitaba basaraq Kitabxanaya daxil ola bilərsiniz.
Kitablar
Khan Academy Kids Kitabxanasının içindəki Kitablar bölməsinə daxil olaraq çoxlu sayda nağıl kitablarını kəşf edə bilərsiniz. Yüzlərlə bədii və qeyri-bədii kitablar arasından uşağınızla birgə oxuya biləcəyiniz bir hekayə seçin. Kitabı səsli oxumaq və sərbəst özünüz oxumaq üçün burada sizə iki seçim verilir: "Mənə oxu" və "Özüm oxuyuram".
Videolar
Kitabxananın Video bölümündən istifadə edərək çox sevdiyiniz mahnıları ifa və rəqs edə bilərsiniz. Super Simple Songs vasitəsilə müxtəlif sadə uşaq mahnılarını tapa bilərsiniz. Kodinin də dediyi kimi hərəkət etməyin vaxtıdır.
Yarat
Rəsm, rəngləmə və hekayə anlatma kimi tapşırıqlarla yaradıcılığı kəşf edin. Kitabxanadakı Yarat bölməsinə daxil olun və bəzəmək istədiyiniz bir arxa fon seçin. Səhnə yaratmaq üçün rənglər, şəkillər və mətn əlavə edin. Daha sonra isə hekayənizi anlatmaq üçün öz səsinizi qeyd edin.
ABC
Fil Olla ilə hərfləri, səsləri və sözləri öyrənin. Kitabxanadakı ABC bölməsinə daxil olaraq, böyük hərflər, kiçik hərflər, hərf izləmə və söz səslənmələri ilə bağlı dərsləri tapa bilərsiniz.
123
Saymağa hazırsınız? Gəlin, quşcuğaz Peck ilə birlikdə sayaq! Kitabxanadakı 123 bölməsinə daxil olaraq, əşyaların sayılması, rəqəmlərin müqayisəsi, qruplaşdırma, toplama və çıxma məsələlərini tapa bilərsiniz.
Oxuma
Qırmızı panda Reya oxumağı çox sevir. Khan Academy Kids Kitabxanasının içindəki Oxuma və Kitablar bölməsinə daxil olaraq, hekayə saatı üçün istifadə edə biləcəyiniz müxtəlif növ kitabları kəşf edə bilərsiniz.
Məntiq +
Khan Academy Kids iti Sandy şəkillərlə, rənglərlə və fiqurlarla oynamağı sevir. Sandynin Məntiq + bölməsini ziyarət edərək, rəngli birləşmələri, yaddaş, çevik düşünmə, fiqurların öyrənilməsi və ölçülərin müqayisəsi kimi əyləncəli tapşırıqları kəşf edə bilərsiniz. Sosial-Duyğusal İnkişaf bölməsində isə sosial bacarıqların inkişafını dəstəkləyin. Bu bölümdə mahnılar, dərslər və tapşırıqlar vasitəsilə paylaşmaq, yardım etmək, üz ifadələri, davranış və hislər haqqında biliklərə yiyələnin.
Papaq, böcək və oyuncaqlarla oynamaq üçün heyvanların üzərinə basın
Khan Academy Kids-dəki hər bir xarakteri kəşf etmək üçün Ana səhifənin alt hissəsindəki heyvan işarələrinə basın. Uşaqlar tətbiq vasitəsilə öyrənərkən heyvan otaqlarını görün, oyuncaqları ilə oynayın və kolleksiyalarına nəzər yetirin.
- Hamam oyuncaqları ilə oynamaq üçün fil Ollanın üzərinə basın
- Həşərat kolleksiyasını kəşf etmək üçün qırmızı panda Reyanın üzərinə basın
- Geyinmə otağından istifadə etmək üçün quşcuğaz Peckin üzərinə basın
- Musiqi alətləri ilə oynamaq üçün it Sendinin üzərinə basın
- Rəngli papaqları yoxlamaq üçün ayı Kodinin üzərinə basın
Tətbiqlə bağlı hər hansısa bir sualınız yaranarsa, sizə yardım etməyə hazırıq. Zəhmət olmazsa, komandamıza mail göndərin khankids@khanacademy.org.
Comments
0 comments
Article is closed for comments.